VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


5 may 2018-ci il tarixində Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə keçiriləcək II Maliyyə və İnvestisiya Forumunun spikerləri artıq elan edilib.

Qeyd edək ki, forum “Rəqəmsal Biznes Trendlər” devizi altında keçirilir. Spikerlər dövlət orqanları və özəl biznes subyektlərini təmsil edir. Dövlət orqanlarından forumda Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təmsil edilir. Eyni zamanda İsveç və Kiprdən də xarici spikerlər çıxış edəcək. Ümumilikdə FİF2018-də çıxış edəcək spikerlərin siyahısı isə aşağıdakı kimidir:

 
I PANEL: İnvestisiya Strategiyaları
 
Açılış nitqi
Vüsal Qasımlı 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 
Moderator
Niyazi Abbasov
Baker Tilly
Spiker
Efe Ezer
Societe Generale Bank
Spiker
Tolga Kotan
SOCAR
Spiker
Yaqub Rəhimov
7Marketz Group Inc
Spiker
Emin Vəliyev
Keepface
Sual-Cavab
 
 
 
 
 
 
II PANEL: Vergi siyasəti və mühasibat uçotu
 
 
 
 
Moderator
Emin İsmayılov
ANC Group
Spiker
Nicat İmanov
Vergilər Nazirliyi
Spiker
Nərmin Hacıyeva
Baker Tilly
Spiker
Müşfiq Əliyev
KPMG
Spiker
Emin Səttarov
SM Consulting


 
 


III PANEL: Maliyyələşmə Strategiyaları
 
 
 
 
Moderator
Vüqar Axundov
PwC
Spiker
Orxan Məmmədov
AtaSığorta
Spiker
Aydın Hüseynov
AFB Bank
Spiker
Xəyalə Nağıyeva
Paşa Bank
Spiker
Taleh Nəhmədov
Maliyyə Bazarlarına Nəzarət Palatası


Qeyd edildiyi kimi FİF2018 illik olaraq özəl şirkətlərin dəstəyi ilə keçirilir. II Maliyyə və İnvestisiya Forumunun baş sponsoru "AtaSığorta" ASC, bank sponsoru isə AFB Bank-dır.

Youth Event Solution, Digitello, Synergy Partnership, Logix, Antaris, SM Consulting, NNA Academy, BrendMedia, LİB, Qmeter, Lime Catering, Rahat Market eyni zamanda foruma dəstək olan şirkətlərdir.

Forumda iştirak üçün ətraflı məlumatı www.fif.az saytından və rəsmi facebook səhifəsi olan www.facebook.com/fifazerbaijan vasitəsilə əldə etmək mümkündür.

Qeyd edək ki, Maliyyə və İnvestisiya Forumu illik olaraq keçirilir. İlk forum 5 may 2017-ci il tarixdə 200-dək şirkətin 400-dən çox menecerinin iştirakı ilə baş tutub.