II Maliyyə və İnvestisiya Forumunun spikerləri elan edildi (VİDEO)

II Maliyyə və İnvestisiya Forumunun spikerləri elan edildi (VİDEO)
Video
İqtisadiyyat 710
5 may 2018-ci il tarixində Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə keçiriləcək II Maliyyə və İnvestisiya Forumunun spikerləri artıq elan edilib.Qeyd edək ki, forum “Rəqəmsal Biznes Trendlər” devizi altında keçirilir. Spikerlər dövlət orqanları və özəl biznes subyektlərini təmsil edir. Dövlət orqanlarından forumda Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təmsil edilir. Eyni zamanda İsveç və Kiprdən də xarici spikerlər çıxış edəcək. Ümumilikdə FİF2018-də çıxış edəcək spikerlərin siyahısı isə aşağıdakı kimidir:
I PANEL: İnvestisiya Strategiyaları
Açılış nitqiVüsal Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
ModeratorNiyazi Abbasov Baker Tilly
SpikerEfe EzerSociete Generale Bank
SpikerTolga KotanSOCAR
SpikerYaqub Rəhimov7Marketz Group Inc
SpikerEmin Vəliyev Keepface
Sual-Cavab
II PANEL: Vergi siyasəti və mühasibat uçotu
ModeratorEmin İsmayılovANC Group
SpikerNicat İmanovVergilər Nazirliyi
SpikerNərmin HacıyevaBaker Tilly
SpikerMüşfiq ƏliyevKPMG
SpikerEmin SəttarovSM Consulting
III PANEL: Maliyyələşmə Strategiyaları
ModeratorVüqar AxundovPwC
SpikerOrxan MəmmədovAtaSığorta
SpikerAydın HüseynovAFB Bank
SpikerXəyalə NağıyevaPaşa Bank
SpikerTaleh NəhmədovMaliyyə Bazarlarına Nəzarət Palatası
Qeyd edildiyi kimi FİF2018 illik olaraq özəl şirkətlərin dəstəyi ilə keçirilir. II Maliyyə və İnvestisiya Forumunun baş sponsoru "AtaSığorta" ASC, bank sponsoru isə AFB Bank-dır. Youth Event Solution, Digitello, Synergy Partnership, Logix, Antaris, SM Consulting, NNA Academy, BrendMedia, LİB, Qmeter, Lime Catering, Rahat Market eyni zamanda foruma dəstək olan şirkətlərdir.Forumda iştirak üçün ətraflı məlumatı www.fif.az saytından və rəsmi facebook səhifəsi olan www.facebook.com/fifazerbaijan vasitəsilə əldə etmək mümkündür.Qeyd edək ki, Maliyyə və İnvestisiya Forumu illik olaraq keçirilir. İlk forum 5 may 2017-ci il tarixdə 200-dək şirkətin 400-dən çox menecerinin iştirakı ilə baş tutub.

Son xəbərlər