SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dünya Bankı (DB) neftin gələcək taleyi ilə bağlı qorxunc proqnoz verib.

 
BAKU.WS-in verdiyi məlumata görə, Dünya Bankı İrana qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsinin neft bazarına mənfi təsir edəcəyini iddia edir. Cənub qonşumuzun neft bazarına qoşulması həm İran iqtisadiyyatına, həm də İranın ticarət tərəfdaşlarına əhəmiyyətli təsir göstərəcək.
 
İranın qlobal bazara tam qayıtdıqdan sonra gündə təxminən bir milyon barel neft satacaq. Belə olan halda gələn il neftin bir bareli 10 ABŞ dollarına düşəcək. Təbii ki, İran bazara 2014-2015-ci illər ərzində nüvə proqramını ləngitmə sazişi müqabilində daxil olacaq. İrana qarşı sanksiyalar ölkənin iqtisadi inkişafını xeyli zəiflədib. Hazırki vəziyyətdə İran real vəziyyətdən istifadə edərək neft bazarına daxil olmaq və iqtisadiyyatını yenidən dirçəltmək istəyir.
 
Bankın hesabatına əsasən, İran neft istehsalını artırandan sonra ölkədə Ümumi Daxili Məhsul (ÜDM) təxminən 3,5% (17 milyard dollar) artacaq. Sanksiyalar qalxdıqdan sonra İran Britaniya, Çin, Hindistan, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrlə iqtisadi əlaqələri tam olaraq bərpa edəcək. 
 
ŞAHİN Həbibov 
BAKU.WS