VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Arif Şirəliyev Azərbaycan Mərkəzi Bankının (AMB) Strateji idarəetmə departamentinə yeni direktor təyin edilib.

BAKU.WS AMB-nin saytına istinadən bildirir ki, bundan əvvəl A.Şirəliyev həmin departamentin direktor müavini vəzifəsini tutub.

Bundan əlavə, qeyd edək ki, bir neçə gün əvvəl Mərkəzi Bankın Araşdırmalar və İnkişaf Mərkəzi ləğv olunub, onun direktoru vəzifəsində işləmiş Vüqar Əhmədov isə bankın baş direktorlarından biri təyin olunub.

Hazırda AMB-də 22 departament fəaliyyət göstərir.

BAKU.WS