“Bank of Baku”-da struktur dəyişikliyi olub
29
apr
2017
16:04
"Bank of Baku”-nun idarəetməsində struktur dəyişikliyi olub. BAKU.WS bankın saytına istinadən xəbər verir ki, rəhbərliyə yeni sahə direktorları və komitə sədri təyin edilib. Belə ki, Nigar Tahirova, Nicat Bağırov, Ramil Nəsibov və Təhminə Səlimxanovanın səlahiyyətləri artırılaraq sahə direktoru vəzifəsinə təyinat alıblar. Həmçinin, Anar Abbasov bankda yaradılan yeni komitəyə sədr təyin olunub. Qeyd edək ki, hal-hazırda Bankın menecment komandası 3 nəfərdən ibarət İdarə Heyəti, 5 sahə direktoru və komitə sədrlərindən ibarətdir. Redaksiyamız adından Bank of Baku-da yeni təyinat almış şəxsləri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq. BAKU.WS
Oxşar xəbərlər
İki bankir Beynəlxalq Bankın rəhbərliyinə gətirilir
"Bank Respublika"nın İdarə Heyətinin sədr müavini Aqşin Əmirov "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) rəhbərliyinə gətirilir. Bu barədə "APA-Economics"ə bank...