SİZİN REKLAM BURADA!
055 213 76 73


Energetika naziri Pərviz Şahbazov İtaliyanın Milan şəhərində keçirilən Dünya Enerji Konqresi çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və İtaliyanın “Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşlər keçirib.

BAKU.WS-in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Pakistanın neft üzrə dövlət naziri Musadik Malik ilə görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib. Enerji sahəsində əməkdaşlığın inkişafında Enerji üzrə Birgə İşçi Qrupunun fəaliyyətindən bəhs edilib. Pakistana uzunmüddətli LNG təchizatı üzrə imzalanmış müqavilənin icrası, eləcə də COP29 çərçivəsində əməkdaşlıq və qlobal enerji keçidini təmin edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

“Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşdə isə şirkətlə mövcud əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib. Şirkətin fəaliyyətində bərpa olunan enerji sahəsinə, xüsusilə dənizdə külək enerjisinə istiqamətlənməsi və Azərbaycanın Xəzər dənizində külək enerjisinin inkişaf etdirməsi, “yaşıl enerji dəhliz”lərinin həyata keçirməsi kontekstində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Söhbət zamanı şirkətin dənizdə külək enerjisi üzrə dəniz obyektlərinin quraşdırılması ilə bağlı fəaliyyət və planlarını əks etdirən təqdimat nümayiş etdirilib.

BAKU.WS