İmişlidə bu il taxıl sahələri bir qədər azalıb
19
iyn
2024
22:46
İmişli rayonunda bu il taxıl əkilən sahələr azalıb.
"Report"un Muğan bürosunun məlumatına görə, 16 min 716 hektar sahədə taxıl bitkisinin əkini aparılıb.
Keçən il bu rəqəm 17 min 914 hektara yaxın olub. Hazırda sahələrdə biçin işləri həyata keçirilir.
Qeyd edək ki, İmişli rayonunda 2024-cü ilin təsərrüfat ilində 6 min 805 hektar sahədə pambıq əkilib. Bundan başqa, 26 min 265 hektarda yem bitkiləri və 49 hektarda çoxillik bitkilər əkilib.
Oxşar xəbərlər
Biləsuvarda bu il taxıl əkini aparılan sahələr azalıb
Biləsuvar rayonunda bu il taxıl əkini aparılan sahələr 5 min hektara yaxın azalıb. "Report"un Muğan bürosunun məlumatına görə, ötən il 39 min 270 hektar sahədə...