SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Azərbaycanın banklarında dolların satış və alış qiymətlərinin aşağı düşməsi müşahidə olunur.

Fins.az xəbər verir ki, səhər saatlarında 1 dollar 1.68 manatdan yüksək alınır, 1.82 manatdan yüksək satılır.

Araşdırmaya əsasən, dünən "Accessbank" dolları 1.75 manata alırdı, 1.87 manata satırdı. Bu gün bu məbləğlər 1.7010 və 1.826 manata bərabərdir.

"Nikoil bank" bu gün 1 dolları 1.68 manata alır, 1.83 manata satır. Xatırladaq ki, dünən bu göstəricilər 1.7 və 1.89 manat təşkil edirdi.
 
"Atabank" da dolların məzənnəsini aşağı salıb. Bank bu gün ABŞ valyutasını 1.7000 manata alır,  1.8350 manata satır. Dünən isə "Atabank"da dolların alışı 1.7500 manat, satışı isə 1.8600 manat olub.
 
BAKU.WS