Azərbaycanda bütün banklar dolların alış qiymətini aşağı saldı

Azərbaycanda bütün banklar dolların alış qiymətini aşağı saldı
İqtisadiyyat 6334

 

Xəbər verdiyimiz kimi, 2 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1,9111 səviyyəsində formalaşmışdır. Bu gün səhər rəsmi məzənnə 1.92 manat səviyyəsində elan edilmişdi.

"Marja” xəbər verir ki, hərracda dolların ucuzlaşmasının ardından banklar alış qiymətini aşağı salmağa başlayıblar. Qeyd edək ki, Dolların ucuzlaşmasını hiss edənlər əvvəlcədən bankların filiallarında və "qara bazar”da hərracın bitməsini gözləyirdilər. Dolları ucuz alıb baha satmaq istəyənlər, indi satışa keçiblər. Çoxları səhər saatlarında Dolları "qara bazar"da 1.92 manatdan satsa da, gözləməyə üstünlük verərnlər uduzublar.

Banklar Dolları daha ucuz almağa başlayıblar.

Məsələn, Dolların alış qiymətini Unibank 1.91 manatdan 1.90 manata, Amrahbank 1.9150 manatdan 1.9050 manata, Turanbank 1.92 manatdan 1.91 manata salıb.

Satış qiymətləri də aşağı düşüb. Kapital Bank da Dolların satı qiymətini 1.94 manatdan 1.9350 manata, Amrahbank isə 1.9450 manatdan 1.9350 manata endirib. KapitalBank limitsiz Dollar satır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda banklar dolları ucuzlaşdırdı

Azərbaycanda banklar dolları ucuzlaşdırdı

Banklarda Dolların ucuzlaşması davam edir. "Marja” xəbər verir ki, günortadan sonra səhər saatları ilə müqayisədə 1 Dolların satış qiymətini Kapital Bank 1.95...

5919 İqtisadiyyat 16:19 01 fevral 2017

Son xəbərlər