Dolların məzənnəsi düşür, banklar kursu aşağı salmır

Dolların məzənnəsi düşür, banklar kursu aşağı salmır
İqtisadiyyat 2592
 

Mərkəzi Bankın rəsmi Dollar/manat məzənnəsi aşağı düşməkdə davam etsə də, banklar dolları eyni sürətdə ucuzlaşdırmırlar.

"Marja”nın məlumatına görə,  Amrahbank, AFB Bank, Azərbaycan Sənaye Bankı, Bank of Baku, AGBank, PAŞA Bank dünən ilə müqayisədə dolların qiymətini qaldırıblar.

Məsələn, dünən 1 Dolları 1.5920 manatdan alan, 1.6020 satan Amrahbank bu gün 1.5960 manatdan alır, 1.6090 manatdan satır.

Dünən 1 Dolları 1.5900 manatdan alan, 1.6050 manatdan satan Bank of Baku bu gün 1.5930 manatdan alır, 1.6100 manatdan satır.

Dünən 1 Dolları 1.5650 manatdan alan, 1.6000 manatdan satan Azərbaycan Sənaye Bankı bu gün 1.5700 manatdan alır, 1.6100 manatdan satır.

Dünən 1 Dolları 1.5750 manatdan alan, 1.6130 manatdan satan PAŞA Bank bu gün 1.5800 manatdan alır, 1.6180 manatdan satır.

Qeyd edək ki, bu gün dünən ilə müqayisədə rəsmu USD/AZN məzənnəsi dəyişməyərək 1.5986 manatda qalıb. Son 34 gündə isə rəsmi məzənnə 1.6403 manatdan 1.5986 manata geriləyib.

Mərkəzi Bankın yeni hərrac qaydalarına görə, hərracdakı tələb, hərraca çıxardılmış və satılmış məbləğ ictimaiyyətə açıqlanmır. Buna görə, Mərkəzi Bankın açıqlamasından məzənnənin aşağı düşdüyü görünsə də, əslində tələbin  təklifdən çox olduğundan şübhələnilir. İddia olunur ki, banklar istədikləri məbləğdə dolları hərracdan ala bilmirlər. Bu səbəbdən də banklarda dolların düşməsi rəsmi məzənnədəki kimi hiss olunmur.

BAKU.WS

Son xəbərlər