SİZİN REKLAM BURADA!
055 213 76 73


2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,7 milyard ABŞ dolları təşkil edib.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
 
Onun sözlərinə görə, birbaşa xarici investisiyalarda ilk 5 ölkə Böyük Britaniya (1,9 milyard ABŞ dolları), Türkiyə (1,3 milyard ABŞ dolları), Kipr (792 milyon ABŞ dolları), Rusiya (617 milyon ABŞ dolları) və İran (396 milyon ABŞ dolları) olub.
BAKU.WS