Azərbaycan və Çin şirkəti ekoloji təmiz texnologiyaların tətbiqini müzakirə edib - FOTO
Azərbaycan və Çinin BYD şirkəti arasında ekoloji baxımdan əlverişli olan texnologiyaların tətbiqi müzakirə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Çinin BYD şirkətinin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktorunun müavini İvan Sao ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə əməkdaşlığının istiqamətləri, birgə layihələrin reallaşdırılması və ekoloji baxımdan əlverişli olan texnologiyaların tətbiqinin perspektivləri barədə fikir mübadiləsi apardıq”, - deyə o qeyd edib.
[media=https://x.com/MikayilJabbarov/status/1759929438148399170?s=20]
Oxşar xəbərlər
Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrin inkişafını müzakirə ediblər - YENİLƏNİB + FOTO
İqtisadiyyat Nazirliyində Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə keçirilən görüşdə iqtisadi əlaqələrin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investi...