SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıdakı yanacaqdoldurma məntəqələrində bu gün axşam saatlarından etibarən Avropa standartlarına uyğun "AI-95 Premium" benzin bahalaşacaq. 
 
BAKU.WS-in etibarlı mənbədən əldə etdiyi məlumata görə, "AI-95 Premium" benzinin 0,95 AZN-dən 1,10 AZN-ə qədər artırılacağı gözlənilir. 
 
Qeyd edək ki, "Premium Euro-95" markalı benzin Azərbaycana xaricdən gətirilir. Bu benzinlər isə «Avro-4» standartlarına uyğundur. "AI-98" markalı benzin kimi, "AI-95 Premium" da Rumıniyadan idxal olunur. 
 
 
BAKU.WS