Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - FOTO
22
dek
2023
09:49
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Rəşad Məsim oğlu Məmmədovu özünə müşavir təyin edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bununla da, onun müşavirlərinin sayı 4-ə çatıb.
R.Məmmədov bundan əvvəl "PAŞA Bank" ASC-də çalışıb, 2015-2017-ci illərdə Bankın Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-cü illərdə Əməliyyat departamentinin direktoru işləyib.
Oxşar xəbərlər
Bank maşınlarını təcili satışa çıxardı - UCUZ QİYMƏTLƏR
17 noyabr 2023-cü il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 32 nəqliyyat vasitəsi çıxarılıb. Hərr...