Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlıq portfelinin genişləndirməsi müzakirə edib - FOTO
Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq portfelinin genişləndirməsi müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Türkiyənin ticarət naziri, həmkarım Ömər Bolatla keçirdiyimiz görüşdə Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının dinamik inkişafını, ikitərəfli ticarət dövriyyəsinin son iki ildə 50 %-dən çox artdığını, uğurlu investisiya tərəfdaşlığımızı məmnunluqla vurğuladıq. Ölkələrimizin müttəfiqliyinin təzahürü olan iqtisadi əməkdaşlıq portfelimizi genişləndirmək və yeni hədəflərə çatmaq üçün mövcud potensialı reallaşdırmağa davam edəcəyik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanın biznes və investisiya imkanları Çində nümayiş olunub - FOTO
Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS) çərçivəsində “Çində İnvestisiya İli: Xidmət sənayesinin xüsusi təşviqinin genişləndirilməsi konfransı” keçiri...