Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb

Cari ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% təşkil edib.
“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə bildirilib.
Söhbət zamanı tərəflər ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
Tərəflər həmçinin ticarətin inkişafının müsbət dinamikasını vurğulayaraq, ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyib və əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Oxşar xəbərlər
Özbəkistanla iqtisadi əlaqələr genişlənir - FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Şuşada Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşü zamanı iqtisadi tərəfdaşlığın müxtəl...
