VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem Bakıya gəlib.

BAKU.WS xəbər verir ki, Mohammed Ben Sulayem Bakıda dekabrın 5-8-də baş tutacaq FIA Baş Assambleyalarının iclasları və Mükakatlandırma mərasimində (FIA “Prize-Giving Ceremony”) iştirak edəcək.

Qeyd edək ki, FIA həftəsi çərçivəsində 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri Bakıya gəlir.

Paytaxtımızın bu mötəbər tədbirə ev sahibliyi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunub.

Avtomobil idmanı sahəsindəki bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparırdı.

Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib.

BAKU.WS
QALEREYA