Rövnəq Abdullayev: "SOCAR əməkdaşlarının maaşları artırılacaq"

Rövnəq Abdullayev: SOCAR əməkdaşlarının maaşları artırılacaq
İqtisadiyyat 1260

Dövlət Neft şirkətinin (SOCAR) əməkdaşlarının əməkhaqqıları artırılacaq.

BAKU.WS xəbər verir ki, bunu "Report"a eksklüziv açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"Bizdə maaşlar minimum əməkhaqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda, yəqin ki, artım olacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən həftə imzaladığı sərəncama əsasən, gələn il yanvarın 1-dən Azərbaycanda minimum əməkhaqqı 50 manat və yaxud 20% artırılaraq 250 manatdan 300 manata çatdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər