2020-ci ildə maaşımızdan nə qədər pul tutulacaq? - QAYDALAR

2020-ci ildə maaşımızdan nə qədər pul tutulacaq? - QAYDALAR
İqtisadiyyat 23156

2020-ci il aprelin 1-dən icbari tibbi sığorta haqlarının toplanmasına başlanılacaq.

Əmək müqaviləsi və ya mülki-hüquqi müqavilələrlə işləyən vətəndaşlar həmin məbləği əmək haqlarından ödəməli olacaqlar. Hüquqşünas Şəhriyar Həbilov 2020-ci ildən əməkhaqqından tutulmalar və onların məbləğinin hesablanması qaydalarını açıqlayıb.

Gələn ildən əməkhaqqından bu tutulmalar olacaq:

gəlir vergisi;məcburi dövlət sosial sığorta haqqı;işsizlikdən sığorta haqqı;icbari tibbi sığorta haqqı.İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əməkhaqqının 8.000 manatdan yuxarı hissənin 0,5 faizi, 8.000 manatadək isə 2 faizi məbləğində;

özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında işləyənlərin əməkhaqqından 8.000 manatadək hissənin 1 faizi (2021-ci ildə 2 faiz), 8.000 manatdan yuxarı hissənin 0,5 faizi məbləğində.

Bununla yanaşı, 2019-cu il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının 250 manat olduğunu da nəzərə alaraq, 2020-ci il üzrə əməkhaqqının hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əməkhaqqı 250 manat olanlar üçün nümunə:

a) gəlir vergisi - tutulmur (8.000 manatadək);

b) sosial sığorta haqqı - 250 manat əməkhaqqının 200 manatlıq hissəsinə görə 3 faiz, yəni 6 manat, 200 manatdan yuxarı hissə üçün isə 10 faiz : 50x10% = 5 manat.

Ümumilikdə 6+5=11 manat.

c) işsizlikdən sığorta haqqı: 250 manatın 0,5 faizi = 1,25 manat.

d) icbari tibbi sığorta haqqı: 1 faiz – 2,5 manat

250 - (0+11+1.25+2.5) = 250 - 14.75 = 235.25

Deməli, 250 manat əməkhaqqı alan vətəndaşın aylıq maaşı 235,25 manat olacaq.

Əməkhaqqı 8.000 manatdan çox olanlar üçün nümunə:

Tutaq ki, vətəndaş 8.100 manat əməkhaqqı alır. Onun aylıq ödənişləri nə qədər olacaq?

a) gəlir vergisi: 8.000 AZN-dən yuxarı məbləğin 14 faizi

8.100 – 8.000 = 100 AZN100 x 14% = 14 AZN.

b) sosial sığorta haqqı: 8100 - 200 = 7900 manat

200 x 3% = 6 manat;7900 x 10% = 790 manat.c) işsizlikdən sığorta haqqı8.100 x 0,5% = 40,5 manat.

d) icbari tibbi sığorta haqqı8000 x 1% = 80 manat;100 x 0,5% = 0,5 manat;80 + 0,5 = 80,5 manat.

Bütün bunlar ümumi məbləğdən çıxıldıqda yerdə qalan məbləği işçiyə çatacaq:

8.100 - (14 + 790 + 6 + 40,5 + 80,5) = 8.100 – 931 = 7.169 manat.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin aylıq ödənişləri isə belə olacaq:

Əməkhaqqı 250 manat olanlar üçün nümunə:

a) gəlir vergisi: 250 manatın 200 manatdan artıq hissəsi üzrə 14 faiz hesablanır

250 – 200 = 50;50 - 14% = 7 manat.

b) sosial sığorta haqqı250 x 3% = 7,5 manat.

c) işsizlikdən sığorta haqqı250 x 0,5%-i = 1.25 manat.

d) icbari tibbi sığorta haqqı250 x 2%-i = 5 manat;250 - (7 + 7,5 + 1,25 + 5) = 250 - 20,75 = 229,25 manat.

Deməli, vətəndaş 229,25 manat məbləğində maaş alacaq.

Əməkhaqqı 2.500 manatdan çox olanlar üçün nümunə:

Tutaq ki, vətəndaş 8.100 manat əməkhaqqı almalıdır. Bu zaman onun ödəməli olduğu vergi və sosail ödənişlər belə hesablanacaq:

Gəlir vergisi:

8.100 - 2.500 = 5.600 manat;2.500 x 14% = 350 manat;5600 x25% = 1400 manat.

Sosial sığorta haqqı:

8.100 x 3% = 243 manat.

İşsizlikdən sığorta haqqı:

8.100 x 0,5% = 40,5 manat.

İcbari tibbi sığorta haqqı:

8000 x 2% = 160 manat;100 x 0,5% = 0,5 manat;160+0,5=160,5 manat;8.100 - (350 + 1400 + 243 + 40,5 + 160,5) = 5.906 manat.

Deməli, işçi 5.906 manat maaş alacaq.

Xatırladaq ki, bu hesablamalar Vergi Məcəlləsi, "Sosial sığorta haqqında" , "Tibbi sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunların müddəalarına əsaslanıb.

Son xəbərlər