SİZİN REKLAM BURADA!
055 213 76 73


 

SOCAR mərkəzi ofisi Vyanada yerləşən Avstriyadakı rəsmi nümayəndəliyini bağlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə nümayəndəliyin rəhbəri Gülmirzə Cavadov kütləvi informasiya vasitələrinə göndərdiyi məktubda bildirib.

O, nümayəndəliyin bağlanmasının SOCAR-da islahatların aparılması ilə bağlı olduğunu qeyd edib.

"SOCAR Trading” şirkətinin, həmçinin SOCAR-ın xarici ofisləri normal iş fəaliyyətini davam etdirəcək”, - deyə məktubda bildirilir.

Qeyd edək ki, SOCAR-ın bütün xarici nümayəndəliklərinin fəaliyyətinin dayandırılması barədə qərar 2015-ci ilin dekabrında qəbul edilmişdi.
 
BAKU.WS