Bakının məşhur stadionu baxımsız vəziyyətdə - Meydançanı kol-kos basıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonu ərazisində yerləşən "Məhsul" stadionunu kol-kos basıb, tribunalar dağılıb, bir sözlə, stadiondan əsər-əlamət qalmayıb.
BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, stadion uzun müddətdir baxımsız haldadır.
Bir müddət əvvəl təmir olunacağı deyilsə də, hazırda heç bir iş aparılmır.
Yaxınlıqda yaşayan sakinlər də bu haldan narazıdırlar. Çünki stadionda həm uşaqlar, həm də böyüklər idmanla məşğul olurdu. Sakinlər insanların istirahət məkanı olan stadionun təmirini arzulayırlar.
Yasamal Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı müraciəti cavablandırmayıb.
Oxşar xəbərlər
Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - TƏFƏRRÜAT
Azərbaycanda gizli münasibət yaşadığı evli qadını şantaj edən şəxs həbs olunub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonlardan birində baş verib...