VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 "NİKOYL" İnvestisiya Kommersiya Bankının səhmdarlarının 2016-ci il 31 avqust tarixli növbədənkənar ümumi yığıncağında Müşahidə Şurasının üzvlərinin sayının 7 nəfərdən 5 nəfərədək dəyişilməsi və şuranın tərkibinin aşağıdakı qaydada formalaşdırılması qərarı qəbul edilmişdir:

 Müşahidə Şurasının sədri - Xəlilov İsgəndər Ağasəlim oğlu

 Müşahidə Şurasının üzvləri:

Kulişova Marina Valeryevna 
Sazanov  Aleksey Valeryeviç 
Suxoruçkin Pavel Aleksandroviç
Novikov Roman Vitalyeviç

Xatırlatmaq istərdik ki, yığıncağın gedişində Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərarı qəbul edilmişdir. "NİKOYL"  Bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək. 

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

BAKU.WS