Nazir qeyri-neft sektorunun inkişafına xidmət edən uğurlu layihədən yazdı - FOTO

“Qeyri-neft sektorunun inkişafına xidmət edən daha bir uğurlu layihə! Azərbaycan İnvestisiya Şirkəti (Azerbaijan Investment Company OJSC - AIC) ilə “Balxurma” MMC arasında quru meyvələrin istehsalı zavoduna 4 milyon manat investisiya qoyulması barədə müqavilə imzalanıb”.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində məlumat paylaşıb.
O qeyd edib ki, investisiya nəticəsində zavodun illik istehsal gücünün 200 tondan 600 tona yüksəlməsi və 100-dək yeni iş yerinin açılması gözlənilir.
Qeyri-neft sektorunun inkişafına xidmət edən daha bir uğurlu layihə! Azərbaycan İnvestisiya Şirkəti (@AIC_OJSC) ilə “Balxurma" MMC arasında quru meyvələrin istehsalı zavoduna 4 mln. ₼ #investisiya qoyulması barədə müqavilə imzalanıb.
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 10, 2022
1/2
Oxşar xəbərlər
Hansı bankdan nə qədər dollar almaq olar? – MƏBLƏĞLƏR
Bu gün martın 15-də xarici valyuta satan bankların sayı 29-a çatıb. BAKU.WS-in məlumatına görə, fins.az-ın araşdırması göstərdi ki, bu gün dolları 19 bank limi...
