SOCAR Rumıniya iqtisadiyyatına investisiya qoyuluşunu açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniya iqtisadiyyatına 69 milyon ABŞ dolları investisiya yatırıb, bu ölkədə geniş fəaliyyətə malikdir.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında SOCAR-ın vitse prezidenti Kənan Nəcəfov bildirib.
"Hazırda SOCAR-ın Rumıniyada 729 işçisi var. Şirkətin bu ölkədə 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq saxlama deposu mövcuddur. Biz Rumıniya şirkətləri ilə əməkdaşlıqda çox maraqlıyıq", - deyə o qeyd edib.

Oxşar xəbərlər
Daha bir ölkənin şirkətləri azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edildi - FOTO
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Krallığın hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya,...
