SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkmənistanda səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin prezidenti Sərdar Berdımuhammedovla görüşüb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, görüşdə regionlararası tranzit yükdaşımalarında iki ölkənin rolu qeyd edilib, bu sahədə tərəfdaşlığın perspektivləri müzakirə edilib.

Danışıqların digər mövzusu isə neft-qaz sənayesində əməkdaşlıq olub. Bildirilib ki, iki dövlətin maraqları naminə səyləri birləşdirmək imkanları var.

Görüşdə Azərbaycan və Türkmənistanın işgüzar dairələri arasında əlaqələrin intensivləşdirilməsinə də toxunulub.

M.Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Xalq Məsləhətxanasının sədri Qurbanqulu Berdımuhammedovla da görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin yaradılması müzakirə edilib.

Tərəflər son illər Azərbaycan-Türkmənistan tərəfdaşlığının müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına güclü təkan olduğunu, iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin intensivləşdirilməsi, eləcə də qarşılıqlı məsləhətləşmələr vasitəsilə təcrübə mübadiləsinin aparılması üçün böyük potensialın olduğunu qeyd ediblər.

Azərbaycan və Türkmənistan rəsmiləri əmin olduqlarını bildiriblər ki, hüquqi sahədə əməkdaşlıq ticari-iqtisadi və digər sahələrində əlaqələrin möhkəmləndirilməsi üçün mühüm alət rolunu oynayacaq, iki xalqın dostluğunu və mehriban qonşuluğunu möhkəmləndirəcək.

BAKU.WS