SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhərində "Formula-1” Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin  milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçün Mərkəzi Bankın  iş qrafiki uzadılmış və qeyri-iş günləri də daxil olmaqla banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub.
 
Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, xarici qonaq və turistlərin milli pul nişanlarının dizaynı və mühafizə elementlərinə dair məlumatlarla maarifləndirilməsi məqsədilə xüsusi broşurlar Bakı şəhərinin otellərində yerləşdirilib. 
 
BAKU.WS