ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Açıq Bazar üzrə Federal Komitəsinin aprelin 26-27-də keçirilən iclasının protokolları açıqlanıb.
 
"APA-Economics” "İnterfax” agentliyinə istinadən xəbər verir ki, FES-in rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti statistik göstəricilərin ABŞ-da makroiqtisadi vəziyyətin yaxşılaşmasını əks etdirəcəyi təqdirdə iyunda keçiriləcək iclasda faiz dərəcələrini artırmağa hazır olduqlarını bəyan ediblər.

"Komitəsinin üzlərinin əksəriyyəti bildiriblər ki, statistik məlumatlar II rübdə iqtisadi artımın sürətlənəcəyini, əmək bazarında vəziyyətin yaxşılaşacağını və inflyasiya həddinin 2%-lik hədəfi aşacağına işarə edəcəyi təqdirdə federal kredit vəsaitləri üzrə faiz dərəcələrinin artırılması ağlabatan olacaq", - deyə protokolda qeyd olunub.

Bununla yanaşı, protokolda qeyd olunub ki, FES-in rəhbərliyində təmsil olunan bəzi şəxslər iyunadək statistik göstəricilərin iqtisadiyyatda ümumi tendensiyalarla bağlı nəticə çıxarmağa imkan verməyəcəyindən ehtiyatlandıqlarını deyiblər.
 
Yeri gəlmişkən, bazar iştirakçılarının 32%-i ABŞ-da faiz dərəcələrinin artırılacağı ehtimalının olduğunu deyir. Mayın 16-da bu göstərici 4% təşkil edirdisə, protokollar açıqlanana qədər bu ehtimal 16%-dək yüksəlib.
 
Qeyd edək ki, ABŞ-ın Əmək Nazirliyinin məlumatına görə, martla müqayisədə apreldə istehlak qiymətlərinin artımı sürətlənib. Belə ki, ötən ay istehlak qiymətləri 0,4% artıb. İllik inflyasiya isə 1,1%-ə yüksəlib.   
 
Xatırladaq ki, komitənin növbəti iclası iyunun 14-15-də keçiriləcək.
 
BAKU.WS