SİZİN REKLAM BURADA!
055 213 76 73


 

AMB 1Transparency.az bildirir ki, aprelin 26-da ABŞ dolları 2016-cı ilin ən aşağı qiymətinə təklif olunur. Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1,5006 manat müəyyən edib.

Aprel ayında dolların kursunda maksimum hədd ayın 13-ü və 14-də qeydə alınıb. Həmin günlər 1 dollar 1,5264 manata satılıb. Aprelin 4-də isə dollar 1,5094 manat olub. Ayın 22-dən kurs yenidən 1 manat 51 qəpikdən aşağı düşüb.

2015-ci il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçib, rəsmi kurs 1 dollara qarşı 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb və yuxarı doğru istiqamət götürüb.

Bu ilin yanvarında dolların kursunda ən aşağı hədd ayın 5-də qeydə alınıb: 1,5610 manat. Ayın 25-də isə dolların rəsmi məzənnəsi 1,6054 manat olaraq ən yüksək həddə çatıb.

Fevralda dolların ən aşağı qiyməti ayın 24-nə təsadüf edib: 1,5593 manat. Ən yuxarı qiymət isə fevralın 1-də olub: 1,5972 manat.

Martda Mərkəzi Bank dolları ən aşağı qiymətə ayın 1-də satıb: 1,5687 manat. Həmin ayın 11-də isə dollara 1,6456 manat qiymət qoyulub.

Manatın kursunu sabit saxlamaq üçün bu il Mərkəzi Bank və Dövlət Neft Fondu hərraclarda 2 milyard 164,9 milyon ABŞ dolları satıb.
 
BAKU.WS