Rusiya Azərbaycana tətbiq etdiyi pomidor qadağasını qismən aradan qaldırdı

Rusiya Azərbaycana tətbiq etdiyi pomidor qadağasını qismən aradan qaldırdı
İqtisadiyyat 169

Rusiya dekabrın 17-dən etibarən Azərbaycanın daha dörd müəssisəsinin ölkəyə pomidor idxal etməsinə icazə verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Məlumatda bildirilir ki, "Rosselxoznadzor” 17 dekabr 2020-ci il tarixdən etibarən Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Azərbaycanın dörd müəssisəsinin Rusiya ərazisinə pomidor idxal etməsinə icazə verilməsini mümkün hesab edir.

Qeyd edək ki, “Rosselxoznadzor” dekabrın 16-dan Azərbaycanın Xızı rayonunda yerləşən “Aqroterm” müəssisəsinin Rusiyaya pomidor idxalına icazə verildiyini açıqlamışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər