Azərbaycanda kirayə qaldığı evi almaq istəyənlərin sayı bilindi - RƏSMİ

Bu günə olan məlumata görə, Azərbaycanda 380 vətəndaşla yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində kirayə müqavilələri rəsmiləşdirilib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov bildirib.
“Təbii ki, biz istədik, bu say çox olsun, məhsul yeni tətbiq olunduğundan bu rəqəm yaxşıdır”, - deyə o qeyd edib.
“Hazırda ipoteka kreditləri populyardır. Yeni başlayanda buna maraq çox az idi. İpoteka verilən ilk ildə cəmi 230 ipoteka krediti verilmişdi”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ - VİDEO
Kirayə ilə ev almaq dövrü başladı. BAKU.WS "marja"ya istinadən xəbər verir ki, elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq. Müra...