Zəngəzur Dəhlizi üzərindən keçəcək ərazidə 2026-cı ildə yeni stasionar çəki stansiyası istifadəyə veriləcək

Zəngəzur Dəhlizi üzərindən keçəcək ərazidə 2026-cı ildə yeni stasionar çəki stansiyası istifadəyə veriləcək
Dünya 103

2026-cı ildə Ermənistanın Sünik vilayətində(Ermənistanın cənub hissəsində, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə) ağır və iri ölçülü olmayan nəqliyyat vasitələri üçün yeni stasionar çəki stansiyası istifadəyə veriləcək.

BAKU.WS Ermənistan məbuatına istinadən xəbər verir ki, layihənin təşəbbüskarları Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi Orqanı ilə "Yol Departamenti" fondu olub.

Yeni stansiya M-2 beynəlxalq avtomobil yolunun 198+000 – 199+000 km hissəsində yerləşəcək. Tikinti işlərinə yalnız memarlıq-tikinti layihəsi təsdiqləndikdən sonra başlanacaq.

Beynəlxalq standartlara uyğun müasir mebel və texniki avadanlıqlarla təmin olunacaq stansiyanın 2026-cı ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Oxşar xəbərlər

Ukrayna Prezidenti: Rusiya heç bir ərazini hədiyyə almayacaq

Ukrayna Prezidenti: Rusiya heç bir ərazini hədiyyə almayacaq

Rusiya heç bir ərazini hədiyyə almayacaq, Ukrayna və onun müttəfiqləri ədalətli sülhə nail olmaq üçün bu ölkəyə təzyiqləri artıracaq. BAKU.WS AZƏRTAC-a istinadə...

121 Dünya 23:36 19 oktyabr 2025

Son xəbərlər