Zelenski və Tusk təhlükəsizlik və investisiya məsələlərini müzakirə ediblər
Polşa ilə Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti müzakirələr aparılıb. Tərəflər xüsusilə raket əleyhinə müdafiə sistemləri üzrə birgə fəaliyyət imkanlarını diqqət mərkəzində saxlayıblar.
BAKU.WS xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski onu Vaşinqtonda keçirilən danışıqların nəticələri barədə məlumatlandırıb.
Baş nazirin sözlərinə görə, görüş zamanı Polşa şirkətlərinin Ukraynaya investisiya yatırması perspektivləri, hava və raket əleyhinə müdafiə sahəsində əməkdaşlığın inkişafı, eləcə də Rusiyanın davam edən hərbi təcavüzünə qarşı Kiyevə göstərilən siyasi və praktiki dəstək ətrafında fikir mübadiləsi aparılıb.
Donald Tusk vurğulayıb ki, Polşa Ukraynanın təhlükəsizliyi və bərpası istiqamətində əməkdaşlığı davam etdirmək niyyətindədir.
Oxşar xəbərlər
Yaponiyada yerli əhalinin sayı 42 ildən sonra ilk dəfə 120 milyondan aşağı düşüb
Yaponiyada yerli əhalinin sayı son 42 ildə ilk dəfə 120 milyon nəfərdən aşağı enib. BAKU.WS xəbər verir ki, bu barədə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirli...