Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski 62-ci Təhlükəsizlik Konfransının keçirildiyi Münxendə sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Zelenski öz teleqram kanalında məlumat paylaşıb.
"Ukrayna öz gələcəyi uğrunda mübarizədə İran xalqını dəstəkləyir və İran rejiminin bütün qurbanlarına başsağlığı verir", - o yazıb və əlavə edib ki, İrana qarşı sanksiyaların gücləndirilməsini vacib hesab edir.
"Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi üçün İran şahzadəsinə təşəkkür edirəm. İnsan həyatını qorumaq üçün maksimum səylər göstərmək vacibdir. Ukrayna öz tərəfindən kömək etməyə hazırdır", - Zelenski qeyd edib.
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb
İsrailin Livana qarşı hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Na...