Yüzilliyin sonunadək sahillərin yarısı YOX OLA BİLƏR - XƏBƏRDARLIQ
Alimlər qlobal iqlim dəyişiklikləri və sahil zonalarında artan insan fəaliyyəti səbəbindən dünyanın bir çox sahillərinin sürətlə məhv olduğunu bildiriblər.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, araşdırmalara görə, əsrin sonuna qədər sahillərin təxminən yarısının yox olması mümkündür.
Uruqvay Respublikasının Universitetindən dəniz alimi Omar Defeo deyib ki, sahil ekosistemləri ciddi təhlükə altındadır və ölkələr bu ərazilərin idarə olunması üçün birgə işləməlidirlər.
Mütəxəssislər qeyd edirlər ki, dəniz səviyyəsinin qalxması və nəzarətsiz tikinti sahillərdə təbii balansı pozur.
Braziliyada aparılan araşdırma göstərib ki, sahilboyu insan sıxlığı, tikinti və mexaniki təmizləmə biomüxtəlifliyin azalmasına səbəb olur. Təhlükəli olan odur ki, təbii növlər yoxa çıxdıqca onların yerini insan fəaliyyəti nəticəsində qidalanan "fürsətçi növlər" tutur.
"Marine Science" jurnalında dərc edilən başqa bir araşdırma isə dünyadakı 315 çimərliyin beşdə birində güclü eroziya getdiyini ortaya qoyub.
Alimlər xəbərdarlıq edirlər ki, sahillər qorunmasa, ekoloji dağıntı, iqtisadi itkilər və sahil şəhərlərini təhdid edən fəlakət riskləri daha da artacaq.
Oxşar xəbərlər
Günəşdən nəhəng ölçüdə protuberans ayrıldı - ANBAAN VİDEO
Alimlər noyabrın 20-nə keçən gecə Günəşdə nəhəng protuberansın - "çar-protuberansın" formalaşması və ondan ayrılması prosesini müşahidə ediblər. BAKU.WS xəbər...