Yer kürəsini yazın ilk maqnit qasırğası bürüdü

Yer kürəsini yazın ilk maqnit qasırğası bürüdü
Dünya 88

Yer kürəsində maqnit qasırğası başlayıb və artıq 9 saatdır davam edir.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Alimlərin sözlərinə görə, bu, mart ayının "ilk əhəmiyyətli maqnit qasırğası"dır.

Astronomlar bildiriblər ki, Bakı vaxtı ilə gecə yarısından etibarən planetar miqyaslı maqnit qasırğası qeydə alınır. Qasırğa 9 saatdır davam edir və "nadir hallarda rast gəlinən sabitlik" nümayiş etdirir. Onun indeksi G1.7 səviyyəsindədir ki, bu da orta güclü hadisəyə uyğundur.

"Hadisə Yer ətrafında Günəş küləyinin sürətinin kəskin artması ilə bağlıdır. Bu artım isə Günəşdə yaranmış koronal dəliklə əlaqədardır", – deyə alimlər bildiriblər.

Hazırda Günəş küləyinin sürəti təxminən iki dəfə artıb. Bu səbəbdən geommaqnit pozuntularının bir müddət daha davam edəcəyi gözlənilir. Yaxın saatlarda vəziyyətin müvəqqəti sabitləşəcəyi proqnozlaşdırılır.

Astronomların sözlərinə görə, bu, mart ayının ilk ciddi maqnit qasırğasıdır. Martın 4-də müşahidə olunan əvvəlki qasırğa isə xeyli zəif olub.

Belə qasırğalar yüksək enliklərdə enerji sistemlərinə və radio dalğalarına təsir göstərə bilər. Orta və cənub enliklərdə isə təsir daha zəif olur.

Son xəbərlər