Yeni koronavirus pandemiyası ilə XƏBƏRDARLIQ - Yenə də yarasalar...
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı alimlər insan üçün potensial təhlükə yaradan yeni koronavirus aşkarlayıblar.
Bu barədə təhqiqatın nəticələri "Nature Communications" elmi jurnalında dərc edilib.
HKU5-CoV-2 adlandırılan bu virus yalnız bir mutasiya ilə insan hüceyrələrinə daxil ola və növbəti pandemiyaya səbəb ola bilər.
MERS virusunun "qohumu"
HKU5-CoV-2 virusu MERS-CoV virusuyla eyni ailəyə aiddir. Qeyd edək ki, MERS virusu insanlara əsasən dəvələrdən keçir və yoluxanların üçdə biri həyatını itirir. Bu viruslar əsasən ağır tənəffüs problemlərinə səbəb olur və yüksək ölüm riski daşıyır.
Virusun mənşəyi – yenə də yarasalar
HKU5-CoV-2 virusu ilk dəfə Çində laborotoriyada aşkarlanıb. Virusa hazırda yalnız yarasalar yoluxur. Lakin bir mutasiyadan sonra bu virus insan hüceyrələrinə də daxil ola bilər. Əgər virusun zülal strukturunda cüzi dəyişiklik olsa, insan orqanizmindəki ACE2 reseptorları ilə bağlana bilər. Bu reseptorlar insanın burnu, boğazı və ağız boşluğunda yerləşir və COVID-19 virusu da bu reseptorlar vasitəsilə insan orqanizminə daxil olur.//APA
Oxşar xəbərlər
Yaponiyada qatar ayı ilə toqquşdu: Vaqon relsdən çıxdı
Yaponiyada ayı ilə toqquşan sərnişin qatarının ilk vaqonu relsdən çıxıb. BAKU.WS xəbər verir ki, bu barədə TASS Hokkaydo dəmir yolu şirkətinə istinadən məlumat...