Yeni ildə Moskvaya qar yağacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Moskva şəhəri və Moskva vilayətində dekabr və sonrakı qış ayları müsbət anomaliya ilə xarakterizə olunacaq. Lakin Yeni il ərəfəsində havanın temperaturu iqlim normasından aşağı düşəcək.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu sinoptik və meteoroloq Aleksandr İlyin bildirib.
Bir digər mütəxəssis Tatyana Pozdnyakova isə qeyd edib ki, son illər Moskvada qış ayı "istiləşib".
Onun proqnozuna görə, bu tendensiya qarşıdan gələn qışda da davam edəcək. Beləliklə, dekabrın əvvəlində o, temperaturun -3 ilə -7 dərəcə arasında dəyişməsini və sonra müsbət dərəcəyə keçəcəyini vəd edib.
Eskpertin fikrincə, Moskvaya əsl qış şaxtaları, dekabrın ilk ongünlüyünün sonundan tez gəlməyəcək.
Yeni ilə gəlincə, isə bildirilib ki, bu Yeni İldə Moskvada nəzərəçarpacaq dərəcədə soyuq hava gözlənilir.
Temperatur -10 dərəcədən aşağı düşə bilər.
Gündüzlər də hava şaxtalı olacaq. Temperatur 4-9 dərəcə isti təşkil edəcək. Yanvarın 1-nə keçən gecə qar yağacaq, gündüz mülayim səviyyəyə qədər intensivləşəcək - 7 sm-ə yaxın yağıntı düşəcək.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...