Yeddi ay ərzində 25 kişi ilə evlənən qadın HƏBS EDİLDİ

Yeddi ay ərzində 25 kişi ilə evlənən qadın HƏBS EDİLDİ
Foto
Dünya 230

Hindistanda yeddi ay ərzində 25 kişini aldadaraq onlarla saxta nikaha girən 23 yaşlı qadın saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "The Economic Times" nəşri məlumat yayıb.

Anuradha Pasvan adlı qadın "qaçan gəlin" ləqəbini alıb və təşkil olunmuş cinayətkar qruplaşmanın üzvü olub. O, sadəlövh kişilərlə evlənib, bir neçə gün sonra isə onların pulları, qızıl-zinət və elektronika əşyaları ilə birlikdə evlərdən qaçıb.

Dələduzluq yaxşı planlaşdırılmış sxem üzrə həyata keçirilib. Onun şərikləri "WhatsApp" messenceri vasitəsilə qurbanları tapıb və hər bir kişidən 200 min – 500 min rupi (təxminən 3980– 9950 AZN) arasında ilkin ödəniş alıblar. Qadın evləndikdən dərhal sonra pulları və dəyərli əşyaları götürərək aradan çıxıb.

İlk şikayəti 200 min rupi zərərə düşən Savai Madhopur sakini Vişnu Şarma edib. Qadın, növbəti qurbanı kimi özünü təqdim edən və əslində mülki geyimdə olan polis tərəfindən ələ keçirilib.

İstintaq zamanı qadının Bhopal şəhərindən olan digər şərikləri də müəyyən edilib. Onların hamısı hazırda axtarışdadır. Məlumata görə, cinayət fəaliyyətinə başlamazdan əvvəl Anuradha Uttar Pradeş ştatında xəstəxanada işləyib və artıq evli olub.

Oxşar xəbərlər

Son xəbərlər