Yaxın Şərqdəki gərginliklə əlaqədar Azərbaycanın diplomatik təmasları intensivləşib
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Azərbaycanın diplomatik təmasları intensivləşib.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.
Qeyd edilib ki, İsrail-Fələstin münaqişə zonasında baş verən hadisələrlə bağlı bir sıra yüksək səviyyəli tədbirlərdə Azərbaycan təmsil olunub, bu münaqişəsi ilə bağlı rəsmi Bakının mövqeyi diqqətə çatdırılıb.
Bildirilib ki, Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması istiqamətində çağırış edilib.
"Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirib. Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazır olduğumuz diqqətə çatdırılıb", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Qətərin Baş naziri "HƏMAS" nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə edib
Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani Dohada Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyanın rəhbərlik e...