Yaxın Şərqdə gərginlik dünya turizminə gündə 600 milyon dollar zərər vurur
Yaxın Şərqdə artan gərginlik qlobal turizm sektoruna ciddi təsir göstərib.
BAKU.WS xəbər verir ki, regiondakı vəziyyət səbəbindən dünya turizmi gündə təxminən 600 milyon dollar itki ilə üzləşir.
Bildirilir ki, bölgədə aviareyslərin pozulması və turistlərin təhlükəsizliklə bağlı narahatlığı nəticəsində səfərlərə tələbat kəskin azalıb. Bununla da turistlərin xərcləri yüz milyonlarla dollar aşağı düşüb.
Analitiklər hesab edir ki, vəziyyət uzunmüddətli olmaya bilər. Onların sözlərinə görə, əvvəlki böhranların təhlili göstərir ki, təhlükəsizliklə bağlı hadisələrdən sonra hökumətlər və turizm sektoru operativ tədbirlər gördükdə turizmə tələbat təxminən iki ay ərzində bərpa oluna bilər.
Eyni zamanda qeyd olunur ki, bəzi turistlər əvvəllər Yaxın Şərqə planlaşdırdıqları səfərləri dəyişməyə başlayıblar. Xüsusilə Misir hazırda regionda bağlanan istiqamətlərə alternativ turizm məkanı kimi daha çox seçilir. Bu ölkə əvvəllər turistlərin üz tutduğu Birləşmiş Ərəb Əmirlikləri kimi istiqamətlərin yerini qismən doldurmağa başlayıb.
Oxşar xəbərlər
Kim Çen Indan Ərəb ölkələrinə çağırış: İranın yanında döyüşməsələr...
Şimali Koreya lideri Kim Çen In ərəb ölkələrini İrana dəstək verməyə çağırıb. BAKU.WS xəbər verir ki, o bu ölkələr səssiz qalacaqları təqdirdə regionda daha bö...