Yaxın Şərqdə bəzi universitetlər onlayn təhsilə keçdi

Yaxın Şərqdə bəzi universitetlər onlayn təhsilə keçdi
Dünya 27

Yaxın Şərqdə bir sıra ali təhsil müəssisələri İran tərəfindən səsləndirilən təhdidlər fonunda onlayn təhsilə keçib.

BAKU.WS xəbər verir ki, bu barədə CNN-ə istinadən məlumat yayılıb. Bildirilir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkə universitetlərinə hücumlara cavab olaraq ABŞ və İsraillə əlaqəli ali məktəblərə zərbə endirə biləcəyini bəyan edib.

Məlumata görə, Amerika Universiteti Beyrut bu gündən etibarən tam distant təhsilə keçdiyini açıqlayıb. Livan-Amerika Universiteti də analoji qərar qəbul edib.

Bundan əlavə, Corctaun Universiteti, Texas A&M Universiteti və Virciniya Ştat Universitetinin Qətərdəki filialları növbəti göstərişədək tədrisin onlayn formatda davam edəcəyini bildiriblər.

Həmçinin Küveyt, Dubay və Rəs əl-Xaymada fəaliyyət göstərən Amerika universitetlərinin də ayın əvvəlindən distant təhsilə keçdiyi qeyd olunur.

Son xəbərlər