"Yaqi" qasırğası qurbanlarının sayı 233-ə çatdı
Vyetnamda "Yaqi" qasırğası qurbanlarının sayı 233-ə çatıb.
BAKU.WS "euronews"a istinadən xəbər verir ki, ölkənin hər yerində daşqınlar və torpaq sürüşməsi baş verir. Axtarış-xilasetmə qrupları 39 nəfəri axatararakən daha 48 nəfərin də cansız bədənini aşkar edib.
Ümumilikdə 103 nəfərin itkin düşdüyü, 800-dən artıq vətəndaşın isə ağır xəsarətlər aldığı ortaya çıxıb.
Sakinlərdən biri "Bu fəlakətdir. Bizim qəbul etmək məcburiyyətində qaldığımız taleyimizdir" -deyərək mətbuata açıqlama verib.
"Yagi" son illərdə Vyetnamda baş verən ən güclü qasırğa sayılır.
Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) məlumatına görə, fırtına nəticəsində 550 səhiyyə müəssisəsi, 800 məktəb və 100.000-dən çox ev zərər görüb, 3 milyondan çox insan təmiz su ilə təmin olunmayıb.
UNICEF rəsmiləri Vyetnam hökuməti və digər tərəfdaşlarla birlikdə ən çox zərər çəkən ərazilərə su, təmizləyici tabletlər, filtrasiya sistemləri və digər təcili yardım göndərmək üçün çalışdıqlarını bildiriblər.
Qalereya
Oxşar xəbərlər
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir mübadiləsi olub. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Kiye...