Yaponiyada yerli əhalinin sayı 42 ildən sonra ilk dəfə 120 milyondan aşağı düşüb

Yaponiyada yerli əhalinin sayı 42 ildən sonra ilk dəfə 120 milyondan aşağı düşüb
Dünya 14

Yaponiyada yerli əhalinin sayı son 42 ildə ilk dəfə 120 milyon nəfərdən aşağı enib.

BAKU.WS xəbər verir ki, bu barədə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi məlumat yayıb.

Rəsmi statistikaya əsasən, 2025-ci ildə ölkə vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 917 min nəfər azalaraq 119 milyon 736 min 483 nəfərə düşüb. Bu, 1968-ci ildən bəri qeydə alınan ən böyük illik azalma hesab olunur.

Məlumata görə, ötən il Yaponiyada təxminən 670 min uşaq dünyaya gəlib, 1,6 milyona yaxın insan isə vəfat edib.

Bununla yanaşı, ölkədə yaşayan xarici vətəndaşların sayı artıb. Daimi yaşayış icazəsi olan əcnəbilərin sayı 354 min nəfər artaraq 4 milyon 31 min 159 nəfərə çatıb.

Beləliklə, xarici vətəndaşlar da daxil olmaqla Yaponiyanın ümumi əhalisi 123 milyon 767 min 642 nəfər təşkil edib.

Mütəxəssislər əhalinin azalmasını əsasən cəmiyyətin yaşlanması və doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər