Yaponiyada düyü böhranı: Rəflər boş qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Təbii fəlakətlər və turist axını Yaponiyada düyü böhranına səbəb olub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bazar rəflərində kifayət qədər düyü ehtiyatı olmadığı üçün boş qalıb. Hətta bəzi bazarlar müştərilərə məhdudiyyət qoyub.
Ötən ay ölkədə 7,1 bal gücündə zəlzələ baş vermişdi. Şanşan tayfunundan sonra birja tendensiyası, turist axını əlavə istehlak və istehsalın, hava şəraitinin mənfi təsirlənməsi nəticəsində ölkədə düyü tapmaq çətinləşib.
Bir çox piştaxtalara "Təchizat çatışmazlığı səbəbindən düyü satışı həyata keçirilə bilməz" xəbərdarlığı asılıb.
Bazarların bir qismi isə hər müştəriyə görə düyü üçün satış limiti qoyub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...