Yaponiyada 5,8 maqnitudalı zəlzələ baş verib
Yaponiyada 5,8 maqnitudalı zəlzələ baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə növbəti güclü yeraltı təkanlar qeydə alınıb.
Məlumata görə, yeraltı seysmik aktivliyin episentri paytaxt Tokio yaxınlığındakı Tiba prefekturası ərazisində qeydə alınıb. Zəlzələnin ocağı yerin 50 kilometr dərinliyində yerləşib. Güclü dalğalar Tokio daxil olmaqla ətraf bölgələrdə də aydın şəkildə hiss olunub.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində dağıntı və ya zərərçəkən yoxdur. Təkanların ardından bölgədə sunami təhlükəsi elan edilsə də, risk qısa müddətdə sovuşub və xəbərdarlıq bir neçə dəqiqə sonra ləğv olunub.
Xatırladaq ki, bundan əvvəl iyunun 25-də Yaponiyada 7,2 maqnitudalı daha bir güclü zəlzələ baş vermiş, hadisə nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı.
Oxşar xəbərlər
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib. BAKU....