Yanukoviçin sabiq müşaviri İspaniyada güllələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin sabiq müşaviri Andrey Portnov Madrid yaxınlığında yerləşən Posuelo-de-Alarkon şəhərində güllələnərək öldürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Cadena SER" radiostansiyası məumat yayıb.
Məlumata görə, 52 yaşlı Andrey Portnova Posuelo-de-Alarkonda yerləşən şəxsi məktəbinin qarşısında bir neçə dəfə atəş açılıb. Hadisə səhər saatlarında baş verib.
O, uşaqlarını məktəbə aparırmış. Hadisə yerinə gələn xilasedicilər onun həyatla bir araya sığmayan xəsarətlər aldığını müəyyən edərək ölümünü təsdiqləyiblər.
"Reuters" agentliyi istintaqa yaxın mənbəyə istinadən bildirib ki, qətli bir və ya bir neçə silahlı şəxs törədib. Hazırda polis cinayətdə şübhəli bilinən şəxslərin şəxsiyyətinin müəyyən olunması və onların axtarışı ilə məşğuldur.
BREAKING:
— Visegrád 24 (@visegrad24) May 21, 2025
Andriy Portnov was shot and killed in Madrid this morning.
He was the deputy head of Ukrainian President Viktor Yanukovych’s administration & responsible for its legal affairs.
He drafted the Dictatorship Laws that Yanukovych used to clamp down on the Maidan protests pic.twitter.com/5Z8YI7AgC2
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...