Yakutiyada qar arabası buzun altına düşüb: sərnişinlər itkin düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Yakutiya xilasediciləri buzun altına düşən qar arabasının itkin düşmüş sərnişinlərini axtarır.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Yakutiyanın Olenyok rayonunda sərnişinlərlə birlikdə qar arabası Olenyok çayında buzun altına düşüb.
Məlumata görə, bir gün əvvəl Olenyok Evenk Milli Rayonunun Birləşdirilmiş Dispetçer Xidmətinə buzun altına düşən qar arabasının aşkar edilməsi barədə məlumat daxil olub.
Daha sonra məlum olub ki, 2 noyabrda bu qar arabasında iki yerli sakin yola çıxıb, lakin onlardan xəbər yoxdur.
Hazırda qar arabasının aşkar edildiyi yerə polis əməkdaşı və üç yerli sakindən ibarət axtarış qrupu itkin düşən sərnişinləri axtarmağa yollanıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...