Ya soyun, ya da çıx get! - Bu ərazilərə paltarla giriş qadağandır

Ya soyun, ya da çıx get! - Bu ərazilərə paltarla giriş qadağandır
Dünya 555

Almaniyanın Rostok şəhərində çimərlik geyimində istirahət edənlər "çılpaqlar" çimərliyinə buraxılmayacaq.    

Paltarlı turistlərlə çılpaqlar arasında "müharibə" yeni hadisə deyil. Birincilər öz çimərliklərində getdikcə daha çox diskriminasiya ilə üzləşdiklərindən şikayətlənirlər.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada insanlar fəal şəkildə "çılpaqlar"ın çimərliklərinə paltarda getməyə başlayıb.

Bu səbəbdən çılpaq formada günəş vannası qəbul etməyi sevənlər özlərini narahat hiss edirlər,  xüsusən də kimsə foto çəkməyə çalışırsa…

Məlumata görə, Almaniyanın Baltik dənizində yerləşən Rostok şəhərinin səlahiyyətliləri keçən həftə çimərlik mühafizəçilərinə belə çimərliklərdə soyunmaqdan imtina edən ziyarətçilərə girişi qadağan edən yeni qayda tətbiq ediblər.

Rostok turizminin sözçüsü Moritz Naumann bildirib ki, tədbir "nüdist bölgələrdə özünü təqibə məruz qalan insanların çoxsaylı şikayətlərinə" cavab olaraq qəbul edilib.

Xatırladaqki, naturizm Almaniyada dərin köklərə malikdir.

İki əsr ərzində bir çox almanlar üçün sosial çılpaqlıq həyatın normal hissəsi hesab olunurdu. Ölkədəki çimərliklər, parklar və hətta gəzinti yolları çoxdan nudist zonaları olaraq təyin edilib.

Bununla belə, bu günlərdə bu təcrübə gənc nəsil arasında getdikcə populyarlığını itirir və buna görə də ölkə üzrə naturist ərazilərin sayı azalır – təkcə Rostokda rəsmi nudist çimərliklərinin sayı artıq 37-dən 27-yə endirilib.

Son xəbərlər