Xorvatiya prezidenti Avropa Komissiyasının rəhbərini tənqid edib
Yeniliklərdən dərhal xəbərdar olun
Xorvatiya prezidenti Zoran Milanoviç bildirib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen onun üçün siyasi avtoritet hesab olunmur.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Milanoviçin sözlərinə görə, fon der Lyayen əvvəllər siyasətçi olsa da, hazırda seçilməmiş bir məmur kimi fəaliyyət göstərir.
"Onu heç kim seçməyib. O, hətta Avropa Parlamentinə namizəd də olmayıb. Buna cəsarət etməyib. Mənim üçün onun heç bir avtoriteti yoxdur", – deyə Xorvatiya prezidenti bildirib.
Milanoviç əlavə edib ki, Avropa müqavilələrinin strukturu dəyişməsə də, Avropada siyasi vəziyyət və hakimiyyət bölgüsü dəyişib.
Oxşar xəbərlər
Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb
Afrika ölkələrinə göndərilməsi nəzərdə tutulan təxminən 60 min ton Rusiya mineral gübrəsi Avropa limanlarında bloklanıb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiy...