Xersonla Krımlı birləşdirən körpü DAĞIDILIB
Ukrayna Xerson vilayətini işğal altında olan Krımla birləşdirən Çonqar körpüsünün tamamilə istifadədən çıxarıldığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko teleqram kanalında paylaşım edib.
"Çonqar körpüsü tamamilə məhv edilib", – deyə o bildirib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin 1-ci əlahiddə hücum alayı iyunun 9-na keçən gecə FP-2 tipli pilotsuz uçuş aparatları ilə körpüyə yenidən zərbə endirib. Bildirilir ki, nəticədə körpü tamamilə sıradan çıxıb və Ukraynanın materik hissəsi ilə işğal altındakı Krım arasında əsas logistika marşrutu bağlanıb.
Qeyd olunub ki, körpü ilk dəfə iyunun 7-də zədələnmiş, həmin vaxt yolun bir hissəsi dağıdılmışdı.
Ukrayna tərəfinin iddiasına görə, Rusiya ordusu Çonqar körpüsündən Krımdan cənub cəbhəsinə hərbi texnika və sursat daşınması üçün istifadə edirdi.
Oxşar xəbərlər
DÇ-dan əvvəl Meksikada 59 partlayıcı qurğu aşkarlanıb
Meksikada hüquq-mühafizə orqanları məktəblilər və müəllimləri daşıyan avtobusda 59 ədəd əldəqayırma partlayıcı qurğu aşkarlayıb. BAKU.WS xəbər verir ki, bu barə...